Türkiyənin “Başakşəhər” klubu sağ cinah müdafiəçisi Ömər Ali Şahinərlə yeni müqavilə bağlayıb.
Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Superliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Otuz yaşlı futbolçu ilə 1+1 illik yeni sözləşmə imzalanıb.
Müdafiəçi 2021-ci ilin yanvarından “Başakşəhər”in uğurları üçün çalışır. O, komandanın heyətində 53 oyuna 2 qol vurub, 2 məhsuldar ötürmə edib.
