satellite   Azerspace-1: 11135 H 30000

Avropa çempionatında boksçularımızın rəqibləri müəyyənləşib

Avropa çempionatında boksçularımızın rəqibləri müəyyənləşib

Monteneqronun Budva şəhərində qadın boksçular arasında keçiriləcək Avropa çempionatının püşkü atılıb.

Azərbaycan Boks Federasiyasından Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildiriblər ki, bu gün start götürəcək yarışda Azərbaycan yığmasının idmançılarının da ilk rəqibləri məlum olub.

Təmsilçilərimizdən əvvəlcə rinqə Zeynəb Rəhimova (52 kq) çıxacaq. Onun italiyalı Alyona Savçukla döyüşü oktyabrın 15-nə təsadüf edəcək. Günel Rəhimovanın (48 kq) Demye-Jade Rejtan (İngiltərə) ilə qarşılaşması oktyabrın 17-də olacaq. Anaxanım İsmayılova (50 kq) Yaroslava Marinçuk (Ukrayna), Şəhla Allahverdiyeva (66 kq) Yelena Yaniçiyeviç (Serbiya) döyüşü isə oktyabrın 19-da baş tutacaq.

Oktyabrın 21-də isə Aynur Rzayeva (+81 kq) Zayra Qarsia (İspaniya) - Darya Kozores (Moldova) cütünün qalibi ilə mübarizə aparacaq.

Avropa çempionatında 31 ölkədən 164 boksçu qüvvəsini sınayacaq. Yarışın qaliblərinin adına oktyabrın 22-də aydınlıq gələcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM