satellite   Azerspace-1: 11135 H 30000

Bu gün şahmatçılarımız dünya çempionatında dördüncü turda mübarizə aparacaqlar

Bu gün şahmatçılarımız dünya çempionatında dördüncü turda mübarizə aparacaqlar

İtaliyada 20 yaşa qədər şahmatçılar arasında dünya çempionatı davam edir.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu gün şahmatçılarımız dördüncü turda mübarizə aparacaqlar. Kişilərin turnirində liderlər qrupunda yer alan Abdulla Qədimbəyli (3 xal) Almaniya təmsilçisi Frederik Svanla görüşəcək, yarışdakı digər təmsilçimiz Məhəmməd Muradlı (1 xal) isə xorvatiyalı Borna Kotiklə qarşılaşacaq.

Qızların yarışında ilk üç turu qələbə ilə başa vuran Gövhər Beydullayeva (3 xal) ukraynalı Yelizavetta Hrebenşikova ilə mübarizə aparacaq, xalsız olan şahmatçımız Ləman Hacıyeva avstraliyalı Jodi Modeltonla üz-üzə gələcək.

Qeyd edək ki, İsveçrə sistemi üzrə keçirilən turnir 11 raunddan ibarətdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM