satellite   Azerspace-1: 11135 H 30000

On yeddi yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb

On yeddi yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb

On yeddi yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Latviyada keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, millimiz seçmə mərhələyə hazırlıq məqsədilə oktyabrın 16-dan 19-dək Bakı şəhərində təlim-məşq toplanışına qatılacaq. Hazırlıq prosesində və Avropa çempionatında futbolçularımız Mehriban Şahməmmədova, Güləsər İsmayılova, Aydan Həsənova, Şəkər Piriyeva, Lalə Abbaszadə, Səma Həsənli, Aysu Murtuzayeva, Fatimə Əhmədova, Fatimə Məhərrəmli, Pərişan Abdullayeva, Məsumə Nəzərli, Röya Əilyeva, Vahidə Əlipaşayeva, Fidan Abışova, Ləman Əliyeva, Aysel Cumayeva, Aydan Əkbərova, Ülviyyə İslamova, Xanım Mirzəzadə, Aysel Ziyadova iştirak edəcəklər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM