satellite   Azerspace-1: 11135 H 30000

Dünya çempionatı: Şahmatçılarımızdan iki qələbə, iki heç-heçə

Dünya çempionatı: Şahmatçılarımızdan iki qələbə, iki heç-heçə

İtaliyada 20 yaşa qədər şahmatçılar arasında dünya çempionatı davam edir.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, şahmatçılarımız dördüncü turda mübarizə aparıblar. Kişilərin turnirində liderlər qrupunda yer alan Abdulla Qədimbəyli dördüncü turda Almaniya təmsilçisi Frederik Svanla heç-heçə edib, digər təmsilçimiz Məhəmməd Muradlı isə xorvatiyalı Borna Kotikə qalib gəlib.

Qızların yarışında ilk üç turu qələbə ilə başa vuran Gövhər Beydullayeva ukraynalı Yelizaveta Hrebenşikova ilə xalı yarı bölüb. Ləman Hacıyeva isə avstraliyalı Jodi Modeltona qalib gəlib.

Beləliklə, ötən turların nəticəsinə görə, komandamızın üzvləri A.Qədimbəyli və G.Beydullayeva 3,5, M.Muradlı və L.Hacıyeva isə hərəyə 2 xal qazanıblar.

Qeyd edək ki, İsveçrə sistemi üzrə keçirilən turnir 11 raunddan ibarətdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM