satellite   Azerspace-1: 11135 H 30000

“Qarabağ” klubu doğma meydanda “Sumqayıt”ı məğlub edib

“Qarabağ” klubu doğma meydanda “Sumqayıt”ı məğlub edib

Futbol üzrə Azərbaycan Premyer Liqasında onuncu tura yekun vurulub.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, turun sonuncu oyununda Azərbaycan çempionu “Qarabağ” klubu “Sumqayıt”ı qəbul edib.

“Azersun Arena”da oynanılan matç Ağdam təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Ölkəmizdə UEFA Avropa Liqasında təmsil edən “Qarabağ”ın heyətində Ramil Şeydayev dubl edib, Musa Qurbanlı isə fərqlənib. “Sumqayıt”ın qolunu isə Almir Aqanspahiç vurub.

Xallarının sayını 27-ə çatdıran “Qarabağ” turnir cədvəlində birinci pillədə qərarlaşıb. “Sumqayıt” klubu 4 xalla doqquzuncudur.

Hesabında 25 xal olan “Sabah” klubu turnir cədvəlində ikinci, “Neftçi” 22 xalla üçüncü pillədə yer alıblar. “Zirə” və “Qəbələ” 16 xalla 4-5-ci yerdə qərarlaşıblar. “Turan Tovuz” (12 xal) altıncı, “Səbail” (9) yeddinci, “Kəpəz” (4) səkkizinci, “Şamaxı” (3) isə onuncudur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM