satellite   Azerspace-1: 11135 H 30000

Qran-Pri turniri: Şahmatçımız məğlubiyyətsiz irəliləyir

Qran-Pri turniri: Şahmatçımız məğlubiyyətsiz irəliləyir

Rumıniyada şahmat üzrə Qran-Pri turniri davam edir.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, turnirin üçüncü turunda şahmatçılarımızdan Ülvi Sadıqov rumıniyalı Mihaela Sandunu məğlub edib, Misrətdin İsgəndərov isə litvalı Titas Stremavicius ilə heç-heçə edib.

Ötən üç turun nəticəsinə görə, məğlubiyyətsiz irəliləyən M.İsgəndərov 2,5 xalla turnir cədvəlinin 4-cü, Ü.Sadıqov isə 2 xalla 9-cu pillələrində qərarlaşıblar.

Bu gün təmsilçilərimiz yarışın dördüncü turunda mübarizə aparacaqlar.

Qeyd edək ki, doqquz turdan ibarət olacaq yarış oktyabrın 23-dək davam edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM