satellite   Azerspace-1: 11135 H 30000

Paris-2024 Olimpiya Oyunlarına 50 min könüllü cəlb olunacaq

Paris-2024 Olimpiya Oyunlarına 50 min könüllü cəlb olunacaq

Paris-2024 Olimpiya Oyunlarına 50 min könüllü cəlb olunacaq. Azərbaycanlı gənclər də namizədliklərini irəli sürə bilərlər.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Paris-2024 Olimpiya Təşkilat Komitəsi (Cojo) Olimpiya və Paralimpiya Oyunları üçün 45 min könüllünün işə götürüləcəyini bildirib. Paris şəhəri üçün isə 5 min könüllü axtarılır. Ümumilikdə, 2024-cü il üçün 50 min könüllüyə ehtiyac olduğundan danışılır. Könüllülərin Olimpiya və Paralimpiya Oyunlarının səfirləri, ilk simaları, gömrük, hava limanı və müxtəlif yarış meydanlarında olacağı qeyd edilib.

Könüllülər Fransadan, eləcə də dünyanın bütün ölkələrindən ola bilər. 2023-cü il mart ayından könüllülər olayın formada namizədliklərini irəli sürə bilərlər. Namizədlərdən fransız və ingilis dilini bilmək və 18 yaşdan yuxarı olmaq tələb olunur. Ancaq bəzi yetkinlik yaşına çatmayanlar da (16 yaş) namizədliklərini verə bilərlər. Könüllülərdən xüsusi bacarıq tələb olunmur, seçim zamanı onların motivasiyası, istəyi və dinamizmi əsas rol oynayacaq.

45 min könüllünün üçdə ikisi Olimpiya, üçdən biri isə Paralimpiya oyunlarına cəlb olunacaqlar. Oyunlar çərçivəsində Paris şəhərində təşkil olunacaq əyləncə proqramları üçün də əlavə 5 min könüllü axtarılır. Bu könüllülər qəbul, animasiya, logistika işlərinə yardımçı olacaqlar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM