satellite   Azerspace-1: 11135 H 30000

Dünya çempionatı: Bu gün Azərbaycanın üç qadın güləşçisi mübarizəyə başlayır

Dünya çempionatı: Bu gün Azərbaycanın üç qadın güləşçisi mübarizəyə başlayır

Bu gün Azərbaycanın üç qadın güləşçisi İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 dünya çempionatında mübarizəyə başlayacaq.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, 50 kq çəki dərəcəsində çıxış edən Şəhanə Nəzərova 1/8 final mərhələsində Yui Susaki (Yaponiya) ilə üz-üzə gələcək.

55 kq-da yarışan Elnurə Məmmədova təsnifatda Andrea Beatrisin (Moldova) müqavimətini qırmağa çalışacaq. 59 kq-da mübarizə aparan Jalə Əliyeva 1/8 finalda Mansi Mansi (Hindistan) ilə görüşəcək.

Bu gün həmçinin yunan-Roma güləşçilərindən Nihat Məmmədli (60 kq) və Qurban Qurbanov (72 kq) final qarşılaşmalarına çıxacaq. Onlar qızıl medal uğrunda müvafiq olaraq Kerem Kamal (Türkiyə) və Pavel Puklavetslə (Serbiya) güləşəcəklər.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Nihad Quluzadə (55 kq) gümüş medala sahib çıxıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM