satellite   Azerspace-1: 11135 H 30000

Boksçumuz Avropa çempionatında yarımfinala yüksəlib

Boksçumuz Avropa çempionatında yarımfinala yüksəlib

Monteneqronun Budva şəhərində qadın boksçular arasında keçirilən Avropa çempionatında dörddəbir final mərhələsinin döyüşləri davam edir.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycan millisinin heyətində yarımfinala gedən yolda rinqə əvvəlcə Anaxanım İsmayılova (50 kq) çıxıb. Boksçumuz Yaroslava Marinçukla (Ukrayna) üz-üzə gəlib. Gərgin keçən görüş təmsilçimizin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

A.İsmayılova yarımfinala yüksəlməklə, özü üçün ən azı bürünc medalı da təmin edib. O, növbəti döyüşündə irlandiyalı Katlin Fryerslə qarşılaşacaq. Görüş oktyabrın 21-də olacaq.

Qeyd edək ki, dörddəbir finalda yığmamızın digər üzvü Şəhla Allahverdiyeva (66 kq) Yelena Yaniçiyeviçla (Serbiya) mübarizə aparacaq. Aynur Rzayeva (+81 kq) isə yarımfinalda Darya Kozoresi (Moldova) sınağa çəkəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM