satellite   Azerspace-1: 11135 H 30000

DÇ-2022: Ronaldu Mərakeşə uduzduqları oyundan sonra ağlayıb

DÇ-2022: Ronaldu Mərakeşə uduzduqları oyundan sonra ağlayıb

Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu Qətərdə keçirilən dünya çempionatında Mərakeşə 0:1 hesabı ilə uduzduqları 1/4 final oyunundan sonra ağlayıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, yarımfinala çıxa bilmədikləri üçün məyus olan 37 yaşlı hücumçu göz yaşlarını saxlaya bilməyib.

Bu, təcrübəli forvardın peşəkar karyerasında sayca 5-ci mundialı olub.

Qeyd edək ki, qarşılaşmada yeganə qolu 42-ci dəqiqədə Yussuf En-Nesiri vurub. Mərakeş yarımfinalda İngiltərə - Fransa cütünün qalibi ilə qarşılaşacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM