satellite   Azerspace-1: 11135 H 30000

Didye Deşam AVRO-2024-ün sonuna qədər Fransa millisində qalacaq

Didye Deşam AVRO-2024-ün sonuna qədər Fransa millisində qalacaq

Fransa millisinin baş məşqçisi Didye Deşam 2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatının sonuna qədər postunda qalacaq.

Naxçıvan televiziyası İnformasiya Agentliyi “Le Parisien”ə istinadən xəbər verir ki, Fransa Futbol Federasiyası (FFF) 54 yaşlı mütəxəssislə yeni 2 illik müqavilənin şərtlərini razılaşdırıb.

Qətərdə keçirilən dünya çempionatının yarımfinalına qədər irəliləyən Fransa yığmasının mundialdakı nəticəsindən asılı olmayaraq, Deşam AVRO-2024-də də komandanı meydana çıxaracaq. DÇ-2022-dən sonra münasibətlərin rəsmiləşdirilməsi gözlənilir.

Qeyd edək ki, Didye Deşam 2012-ci ildən Fransa yığmasını çalışdırır. “Üçrənglilər” onun rəhbərliyi altında 2018-ci ildə dünya çempionu, 2020-21 mövsümündə isə UEFA Millətlər Liqasının qalibi olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM