satellite   Azerspace-1: 11135 H 30000

Bu gün mundialın ilk finalçısı məlum olacaq

Bu gün mundialın ilk finalçısı məlum olacaq

Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatında bu gün yarımfinal mərhələsinə start veriləcək.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Xorvatiya və Argentina milli komandaları üz-üzə gələcəklər. Bununla da mundialda ilk finalçı məlum olacaq.

"Lusail" stadionunda oynanılacaq matçı italiyalı FIFA referisi Daniele Orsato idarə edəcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, dekabrın 9-da dünya çempionatının dörddəbir final mərhələsində Xorvatiya millisi Braziliyanı, Argentina seçməsi isə Niderlandı mübarizədən kənarlaşdırıb.

Xatırladaq ki, 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatının qrup mərhələsinin 2-ci turunda Xorvatiya və Argentina milliləri üz-üzə gəlib. Matçda xorvatlar rəqibini 3:0 hesabı ilə məğlub ediblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM