satellite   Azerspace-1: 11135 H 30000

Fransa millisinin qapıçısı dünya çempionatları tarixinə düşüb

Fransa millisinin qapıçısı dünya çempionatları tarixinə düşüb

Qətərdə keçirilən dünya çempionatının 1/4 final mərhələsində İngiltərə ilə oyunda qapısına iki penalti təyin edilən Fransa millisinin futbolçusu Uqo Lyoris mundiallar tarixinə düşüb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytına istinadən xəbər verir ki, komandasının 2:1 hesabı ilə qələbə qazandığı qarşılaşmada rəqibin iki dəfə penaltidən yararlanması 35 yaşlı qapıçını rekordçu edib.

Lyoris bununla mundiallarda qapısına ən çox penalti göstərilən qolkiper ünvanını ələ keçirib. 2010 və 2018-ci illərdə də dünya çempionatında “üçrənglilər”in qapısını qoruyan dəri əlcək sahibi ümumilikdə 5 dəfə onbirmetrlik zərbə zamanı rəqib oyunçularla üz-üzə qalıb. O, bununla iranlı Nasser Xedjazi və ispaniyalı İker Kasilyasın rekordunu yeniləyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM