satellite   Azerspace-1: 11135 H 30000

Messi məhsuldar ötürmələrin sayında rekorda imza atıb

Messi məhsuldar ötürmələrin sayında rekorda imza atıb

Argentinalı hücumçu Lionel Messi dünya çempionatlarının pley-off mərhələsində məhsuldar ötürmələrin sayında rekorda imza atıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, forvard Qətərdə keçirilən dünya çempionatında Xorvatiya millisi ilə yarımfinal oyununda sonuncu qolun (3:0) vurulmasında iştirak edib. Belə ki, Xulian Alvares Messinin ötürməsini qolla tamamlayıb. Bu, hücumçunun dünya çempionatlarının pley-off mərhələsində 6-cı məhsuldar ötürməsi olub.

Messi rekordunu dörddəbir final mərhələsində Niderland ilə oyunda müəyyənləşdirsə də, yarımfinal matçında onu yaxşılaşdırıb.

Əvvəllər rekord Peleyə məxsus olub – 4 məhsuldar ötürmə.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM