satellite   Azerspace-1: 11135 H 30000

2023-cü il Formula 1 Azərbaycan Qran-Prisinə bilet satışına start verilib

2023-cü il Formula 1 Azərbaycan Qran-Prisinə bilet satışına start verilib

2023-cü il Formula 1 Azərbaycan Qran-Prisi üçün bilet satışı başlayıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, azarkeşlər 20 faizlik endirim fürsətindən yalnız yanvarın 15-dək faydalana biləcəklər.

Bu il daha çox yerli azarkeşin F-1 yarış həyəcanını yaşaması və Dənizkənarı Milli Parkda əyləncələrdən zövq alması üçün erkən bilet satışı dövründə ayaqüstü biletlər 40 manatdan 120 manatadək, tribuna biletləri 160 manatdan 690 manatadək, azyaşlılar üçün biletlər isə 110 manatdan 480 manatadək olan qiymət aralığında təklif olunacaq.

Biletlər “28 Mall”, “Gənclik Mall”, Heydər Əliyev Sarayı, Kiosk 1 (Azərbaycan kinoteatrı), Kiosk 2 (Nizami küçəsi), ASAN 1, ASAN 2, ASAN 3, ASAN 4 və ASAN Sumqayıtda satılacaq.

Qeyd edək ki, Azərbaycan Qran-Prisi aprelin 28-30-da Bakı şəhər halqasında keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM