satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanın voleybol klubları avrokuboklarda mübarizəni dayandırıblar

Azərbaycanın voleybol klubları avrokuboklarda mübarizəni dayandırıblar

Azərbaycanın voleybol klubları avrokuboklarda mübarizəni dayandırıblar.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, qadın voleybolçulardan ibarət “Azərreyl” klubu Çağırış kuboku yarışının 1/16 final mərhələsinin cavab matçında Almaniyada yerli “Thüringen" kollektivinə 0:3 (15:25, 17:25, 9:25) hesabı ilə uduzub. “Azerreyl” ilk qarşılaşmada da rəqibi ilə bacarmamışdı - 1:3.

Kişi voleybolçulardan ibarət “Murov” komandası da eyni turnirin səkkizdəbir final mərhələsinin cavab matçında Bakıda Niderland təmsilçisi “Orion” ilə üz-üzə gəlib. İlk görüşdə rəqibinə 1:3 hesabı ilə məğlub olan “Murov” cavab qarşılaşmasında da eyni hesabla uduzub.

Hər iki təmsilçimiz turnirdə mübarizəni dayandırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM