satellite   Azerspace-1: 11135 H 30000

Gənc boksçular arasında Azərbaycan çempionatı başlayır

Gənc boksçular arasında Azərbaycan çempionatı başlayır

Bu gün gənclər arasında boks üzrə Azərbaycan çempionatına start veriləcək.

Azərbaycan Boks Federasiyasından Naxçıvan televiziyası İnformasiya Agentliyinə verilən məlumata görə, Boks Mərkəzində təşkil olunacaq yarışda 13 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşəcək.

Çempionata respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 56 komandanın 215 oğlan boksçusu qatılacaq. Yarışın açılış mərasimi saat 12:30-da, döyüşlər saat 13:00-da başlanacaq. Qaliblərin adına dekabrın 22-də aydınlıq gələcək.

Bununla yanaşı, yeniyetmə və gənc qızlar, həmçinin qadın boksçular arasında da ölkənin ən güclüsü bəlli olacaq.

Mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.

Qeyd edək ki, birinciliyin baş hakimi Emil Qurbanəliyev olacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM