satellite   Azerspace-1: 11135 H 30000

İlin ən yaxşı futbol klubu bəlli olub

İlin ən yaxşı futbol klubu bəlli olub

Dünyada 2022-ci ilin ən yaxşı futbol klubu açıqlanıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytına istinadən xəbər verir ki, bu ada İngiltərə "Liverpul"u sahib çıxıb.

İkinci pillədə İspaniya "Real Madrid"i yer alıb. İlk "3-lüy"ü isə İngiltərənin digər nəhəngi "Çelsi" tamamlayıb.

İlin ən yaxşı klublarının "Top-10"luğu isə aşağıdakı kimidir:

1. "Liverpul" (İngiltərə)

2. "Real Madrid" (İspaniya)

3. "Çelsi" (İngiltərə)

4. "Mançester Siti" (İngiltərə)

5. "Benfika" (Portuqaliya)

6. "Leyptsiq" (Almaniya)

7. "Bavariya" (Almaniya)

8. "Portu" (Portuqaliya)

9. PSV (Niderland)

10. PSJ (Fransa)

Qeyd edək ki, ötən mövsüm İngiltərə Premyer Liqasını 2-ci pillədə başa vuran "Liverpul" UEFA Çempionlar Liqasının finalında "Real Madrid"ə uduzub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM