satellite   Azerspace-1: 11135 H 30000

Dünya çempionatının bürünc mükafatı: Xorvatiya millisi Mərakeşə qarşı

Dünya çempionatının bürünc mükafatı: Xorvatiya millisi Mərakeşə qarşı

Qətərdə keçirilən futbol üzrə dünya çempionatında bu gün bürünc mükafatçı bəlli olacaq.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, üçüncü yer uğrunda görüşdə Xorvatiya və Mərakeş yığmaları üz-üzə gələcəklər. "Xəlifə" stadionunda oynanılacaq matçı qətərli FIFA referisi Əbdülrəhman Əl-Cassim idarə edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

İki kollektiv mundialda eyni qrupda yer alıblar. F qrupunu Afrika təmsilçisi 7 xalla birinci, Xorvatiya isə 5 xalla ikinci pillədə tamamlayaraq, pley-off mərhələsinə adlayıblar. Komandaların qrup mərhələsindəki duelində qolsuz heç-heçə qeydə alınıb.

Mərakeş seçməsi tarixində ilk dəfə mundialda üçüncü yer uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, dünya çempionatına dekabrın 18-də Argentina və Fransa milli komandaları arasında keçiriləcək final matçı ilə yekun vurulacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM