satellite   Azerspace-1: 11135 H 30000

Avropa birinciliyinin mükafatçısı Azərbaycan çempionatına qələbə ilə başlayıb

Avropa birinciliyinin mükafatçısı Azərbaycan çempionatına qələbə ilə başlayıb

Gənc boksçular arasında Azərbaycan çempionatına start verilib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Boks Mərkəzində 58 komandanın 215 oğlan idmançısının qatıldığı yarışın ilk günündə 31 döyüş baş tutub.

Belə ki, 51, 54, 57 və 60 kiloqram çəki dərəcələrində onaltıdabir final mərhələsinin qarşılaşmaları olub və növbəti mərhələyə vəsiqə qazanan boksçuların adlarına aydınlıq gəlib. Yığma üzvlərindən yeniyetmələrdən gənclər komandasına keçən Avropa birinciliyinin mükafatçısı Məhəmmədəli Qasımzadə inamlı qələbə qazanıb.

Qeyd edək ki, ölkə birinciliyinə dekabrın 22-də yekun vurulacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM