satellite   Azerspace-1: 11135 H 30000

XXI əsrin təqdim illərində millidə ən çox qol vuran futbolçular açıqlanıb

XXI əsrin təqdim illərində millidə ən çox qol vuran futbolçular açıqlanıb

XXI əsrin təqvim illərində milli komandaların heyətində ən çox qol vuran futbolçuların adları açıqlanıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytına istinadən xəbər verir ki, cədvələ il ərzində yığmada ən azı 15 qol vurmuş oyunçular salınıb.

Siyahıdakı 12 futbolçudan yalnız biri – Argentina yığmasının kapitanı Lionel Messi göstəricisini yaxşılaşdırmaq imkanına malikdir. Bu il millinin heyətində rəqib qapılarına 16 dəfə yol tapan 35 yaşlı hücumçu Qətərdə keçirilən dünya çempionatının finalında dekabrın 18-də Fransa seçməsinə 3 qol vurarsa, rekorda şərik olacaq. Çünki bu baxımdan ən yüksək göstəriciyə malik olan Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) Ali Mabxut 2019-cu ildə 19 qola imza atıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM