satellite   Azerspace-1: 11135 H 30000

Mbappenin 15 yaşlı qardaşı PSJ-də debüt oyununa çıxıb

Mbappenin 15 yaşlı qardaşı PSJ-də debüt oyununa çıxıb

Fransa millisinin futbolçusu Kilian Mbappenin kiçik qardaşı Ethan Mbappe ölkəsinin PSJ klubunda debüt oyununa çıxıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, 15 yaşlı Mbappe aşağı liqa təmsilçisi “Paris”lə keçirilən yoldaşlıq görüşündə əsas komandanın formasını geyinib.

Qarşılaşma 30 dəqiqəlik iki hissə formatında keçirilib. PSJ akademiyasının yetirməsi olan Ethan Mbappe 45-ci dəqiqədə Fabian Ruizi əvəzləyərək mübarizəyə qoşulub.

Qeyd edək ki, oyun PSJ-nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM