satellite   Azerspace-1: 11135 H 30000

Bu gün dünya çempionatının qalibi məlum olacaq

Bu gün dünya çempionatının qalibi məlum olacaq

Qətərdə keçirilən futbol üzrə dünya çempionatında bu gün qalib məlum olacaq.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, dünya çempionatının həlledici görüşündə Argentina və Fransa yığmaları üz-üzə gələcəklər. “Lusail” stadionunda oynanılacaq matçı polşalı Şimon Marçinyak idarə edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Fransa millisi qələbə qazanacağı halda ardıcıl ikinci, tarixində isə üçüncü dəfə dünyanın ən güclüsü olacaq. “Üçrənglilər” DÇ-1998 və DÇ-2018-də də bu titula sahib çıxıblar.

Argentina seçməsi də üçüncü çempionluğunu qazanmağa çalışacaq. Cənubi Amerika təmsilçisi 1978 və 1986-cı illərdə mundialın qalibi olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM