satellite   Azerspace-1: 11135 H 30000

Dominik Livakoviç dünya çempionatının ən yaxşı qapıçısıdır

Dominik Livakoviç dünya çempionatının ən yaxşı qapıçısıdır

Xorvatiyalı qapıçı Dominik Livakoviç Qətərdə keçirilən dünya çempionatında daha çox seyv edib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xarici KİV-lərə istinadla xəbər verir ki, 27 yaşlı qapıçı hazırda reytinq cədvəlində birinci yerdədir. Livakoviçin hesabına cari çempionatın yeddi görüşündə 25 zərbə əks olunub. Bu göstəriciyə görə o, uzun müddətdir liderlik edən Voyçex Şesnini iki dəfə üstələyib. Polşa millisinin qapıçısı turnirdə cəmi dörd oyun keçirib. Andris Noppert 5 matçda 18 seyvlə üçüncüdür.

Dünya çempionatının finalında bu gün Fransa və Argentina komandaları qarşılaşacaq. Bu komandaların qapıçıları - Hüqo Lloris və Emiliano Martinez, çox güman ki, reytinqin zirvəsindəki vəziyyəti dəyişməyəcəklər, çünki onların seyvlərinin sayı müvafiq olaraq 10 və 5-dir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM