satellite   Azerspace-1: 11135 H 30000

Güləş üzrə Azərbaycan çempionatının başlama vaxtı məlum olub

Güləş üzrə Azərbaycan çempionatının başlama vaxtı məlum olub

Dekabrın 20-də güləş üzrə Azərbaycan çempionatına start veriləcək.

Federasiyadan Naxçıvan televiziyası İnformasiya Agentliyinə verilən məlumata görə, Bakı İdman Sarayında dörd gün davam edəcək yarış sərbəst və yunan-Roma güləşi üzrə milli komandalara seçim xarakteri daşıyır.

Dekabrın 20-də saat 16:00-da turnirin açılış mərasimi keçiriləcək. Hər gün saat 10:00-da başlayacaq görüşləri beynəlxalq və milli dərəcəli hakimlər idarə edəcəklər.

Proqrama əsasən, dekabrın 20-21-də yunan-Roma güləşində medalçılar müəyyənləşəcək. Yarışın son 2 günündə isə sərbəst güləşçilər mübarizə aparacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM