satellite   Azerspace-1: 11135 H 30000

Braziliyalı futbolçular Neymarın millidəki karyerasını bitirməsini istəmirlər

Braziliyalı futbolçular Neymarın millidəki karyerasını bitirməsini istəmirlər

Fransanın PSJ klubunun futbolçusu Neymar Braziliya millisində çıxışını davam etdirəcək.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xarici KİV-lərə istinadla xəbər verir ki, 30 yaşlı forvard yığmadakı karyerasını bitirmək qərarına gəlsə də, komanda yoldaşları onu fikrindən daşındırmağa nail olublar.

Təcrübəli forvardın Qətərdəki dünya çempionatının 1/4 finalında Xorvatiyaya məğlubiyyətdən sonra "pentakampeonlar"ın şərəfini qorumaqdan imtina edəcəyi ilə bağlı məlumat yayılmışdı. İddiaya görə, ulduz futbolçu milli komanda ilə birdəfəlik vidalaşmaq niyyətində olmasa da, bir müddət yığmadan kənarda qalmaq istəyirdi.

Lakin futbolçu yoldaşlarının təkidindən sonra Neymar Braziliya seçməsində qalmağa razılıq verib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM