satellite   Azerspace-1: 11135 H 30000

Gənc boksçular arasında Azərbaycan birinciliyində 1/4 final mərhələsi yekunlaşıb

Gənc boksçular arasında Azərbaycan birinciliyində 1/4 final mərhələsi yekunlaşıb

Gənc boksçular arasında Azərbaycan birinciliyində 1/4 final mərhələsinin görüşlərinə yekun vurulub.

Azərbaycan Boks Federasiyasından Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildirilib ki, 58 komandanın iştirakı ilə Boks Mərkəzində təşkil edilən yarışın V günündə 33 döyüş baş tutub. 9 çəki dərəcəsi üzrə keçirilən qarşılaşmalardan sonra yarımfinalçıların adlarına aydınlıq gəlib. Mərhələ adlayan boksçular bununla da özləri üçün ən azı bürünc medalı özləri üçün təmin ediblər.

Yeniyetmə və gənc qızlar, həmçinin qadınlar arasında Azərbaycan çempionatında isə final döyüşləri təşkil olunub. Həlledici görüşlərin yekununa əsasən 6 çəki dərəcəsində ölkənin ən güclü boksçuları bəlli olub.

Qeyd edək ki, çempionatın VI günündə yarımfinal döyüşləri keçiriləcək. Bununla yanaşı, qız boksçular da rinqə çıxacaqlar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM