satellite   Azerspace-1: 11135 H 30000

İtaliya A seriyasında yarımavtomatik ofsayd sistemindən istifadə olunacaq

İtaliya A seriyasında yarımavtomatik ofsayd sistemindən istifadə olunacaq

2023-cü ilin yanvarından etibarən İtaliya A seriyasında yarımavtomatik ofsayd aşkarlama sistemindən istifadə olunacaq.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, bu barədə İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina açıqlamasında bildirib.

O, bu sistemdən ilk olaraq yanvarın 27-də - çempionatın XX tur matçlarında yararlanacaqlarını söyləyib. Texnologiyanın ofsaydı ən dəqiq və sürətli aşkarlaması üçün stadionun perimetri ətrafında kameralar quraşdırılacaq.

Bundan daha əvvəl Qətərdə keçirilən dünya çempionatında istifadə olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM