satellite   Azerspace-1: 11135 H 30000

İngiltərə Premyer Liqasında VAR hakimlərinin 6 səhvi aşkarlanıb

İngiltərə Premyer Liqasında VAR hakimlərinin 6 səhvi aşkarlanıb

İngiltərə Premyer Liqasının 2022-2023 mövsümünün indiyə qədər keçirilən oyunlarında VAR-ın 6 səhvi aşkarlanıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu sistemin fəaliyyətinin qiymətləndirilməsi zamanı 100-dən çox epizod nəzərdən keçirilib.

Ümumilikdə mövsüm ərzində VAR 48 epizoda müdaxilə edib ki, onun 42-də qərarın dəyişdirilməsinin doğru addım olduğu müəyyənləşib. Yalnız 6 epizodda baş hakimin doğru qərarı VAR-dakı həmkarlarının yanlış addımı sayəsində ləğv olunub. Bundan başqa, daha 6 epizodda VAR hakimləri müdaxilə etməkdə gecikiblər.

Premyer Liqanın Hakimlər Komitəsinin rəhbəri Hovard Uebb ümumilikdə bu sistemin tətbiqindən razı qalmayıb.

Qeyd edək ki, 16 turdan sonra “Arsenal” 37 xalla çempionata başçılıq edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM