satellite   Azerspace-1: 11135 H 30000

Qız və qadın boksçular arasında ölkə birinciliyinin qalibləri müəyyənləşib - FOTOLAR

Qız və qadın boksçular arasında ölkə birinciliyinin qalibləri müəyyənləşib<font color=red> - FOTOLAR</font> Qız və qadın boksçular arasında ölkə birinciliyinin qalibləri müəyyənləşib<font color=red> - FOTOLAR</font>

Gənc oğlan boksçular arasında Azərbaycan çempionatı davam edir.

Azərbaycan Boks Federasiyasından Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildiriblər ki, 58 komandanın 175 boksçusunun iştirakı ilə təşkil edilən yarışın altıncı günündə yarımfinal görüşləri baş tutub.

Bununla da, 13 çəki dərəcəsində 26 döyüşün nəticəsinə əsasən, finala çıxan boksçuların adlarına aydınlıq gəlib. Yığmanın əsas heyət üzvləri inamlı qələbə sayəsində həlledici döyüşə vəsiqə qazanıblar. Məğlub olan idmançılar isə bürünc medalla kifayətləniblər.

Həmçinin yeniyetmə və gənc, eləcə də qadınlar arasında Azərbaycan çempionatında final qarşılaşmaları baş tutub. Döyüşlərin yekununa əsasən ölkənin ən güclülərinin adlarına aydınlıq gəlib. Yeniyetmə qızlar arasında İnci Məcidli (50 kq), Mələk Abbasova (54 kq), Qızbəs İsgəndər (57 kq), qadınların yarışında Anaxanım İsmayılova (50 kq, “Neftçi” İK), Məhsəti Həmzəyeva (57 kq, “Qəbələ” İK) birinciliyin qalibi adına layiq görülüblər.

Qeyd edək ki, yarışda oğlanlar arasında final görüşləri bu gün keçiriləcək. Boks Mərkəzində təşkil olunan birinciliyin həlledici görüşlərinə saat 13:00-da start veriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM