satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan millisi FIFA-nın reytinq cədvəlində irəliləyib

Azərbaycan millisi FIFA-nın reytinq cədvəlində irəliləyib

Futbol üzrə Azərbaycan millisi FIFA-nın reytinq cədvəlində 2 pillə irəliləyib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi AFFA-ya istinadla xəbər verir ki, baş məşqçi Canni De Byazinin komandası hazırda 1151 xalla 121-ci sırada qərarlaşıb.

Buna yığmanın yoldaşlıq görüşlərində Moldovanı 2:1, Şimali Makedoniyanı isə 3:1 hesabı ilə məğlub etməsi səbəb olub.

Cari ilin sonuncu reytinq cədvəlinə 1840 xalla Braziliya başçılıq edir. Aktivində 1838 xal olan sonuncu dünya çempionu Argentina yığması ikinci pilləyə yüksəlib. Mundialın gümüş mükafatçısı Fransa isə 1823 xalla üçüncüdür.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM