satellite   Azerspace-1: 11135 H 30000

“Mançester Siti” komandası “Liverpul”a qalib gələrək 1/4 finala yüksəlib

“Mançester Siti” komandası “Liverpul”a qalib gələrək 1/4 finala yüksəlib

İngiltərə Liqa Kubokunun IV turunda “Mançester Siti”- “Liverpul” komandaları qarşılaşıblar.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, "Etihad" stadionunda keçirilən görüşdə meydan sahibləri rəqibini 3:2 hesabı ilə məğlub edib.

Qaliblərin heyətində Erlinq Haaland (10-cu dəqiqə), Riyad Mahrez (47), Natan Ake (58) fərqlənib. “Liverpul”un qollarını isə Fabio Karvalyo (20), Məhəmməd Salah (48) vurub.

Bu qələbə ilə "Mançester Siti" 1/4 finala yüksəlib.

İngiltərə Liqa Kuboku 1960-cı ildən keçirilir. Kubokda İngiltərə çempionatının dörd yüksək divizionundan klublar iştirak edir. Qalib növbəti mövsümün Konfrans Liqasına vəsiqə qazanacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM