satellite   Azerspace-1: 11135 H 30000

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında iki oyun keçiriləcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında iki oyun keçiriləcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının XVIII turunda iki qarşılaşma keçiriləcək.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, ilk oyun günündə "Neftçi" "Şamaxı"nı qəbul edəcək. Oyun saat 16:00-da “Bakcell Arena”da baş tutacaq.

Günün digər oyununda "Sabah" Sumqayıtda eyniadlı komandanın qonağı olacaq. “Kapital Bank Arena"da keçiriləcək qarşılaşma saat 18:30-da başlayacaq.

Qeyd edək ki, ilin son turunun "Qəbələ" - "Turan Tovuz" və "Səbail" - "Qarabağ" oyunları dekabrın 24-də, "Zirə" - "Kəpəz" matçı isə dekabrın 25-də reallaşacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM