satellite   Azerspace-1: 11135 H 30000

DÇ-2022-nin ən yaxşı qolu bəlli olub

DÇ-2022-nin ən yaxşı qolu bəlli olub

Qətərdəki dünya çempionatının ən yaxşı qolu müəyyənləşib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi FIFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu ada Braziliya millisinin hücumçusu Rişarlisonun qrup mərhələsinin ilk turunda Serbiya yığmasına vurduğu ikinci qol layiq görülüb.

25 yaşlı forvard 73-cü dəqiqədə qayçı zərbəsi ilə topu rəqibin qapısından keçirib.

Qeyd edək ki, Rişarlison səsvermədə həmyerlisi Neymarı, Səudiyyə Ərəbistanı millisindən Salem Əl-Davsarini, Niderlanddan Kodi Qakponu, Argentinadan Entso Fernandesi, Kamerundan Vensan Abubakarı, Meksikadan Luis Çavesi, Fransadan Kilian Mbappeni və Cənubi Koreyadan Pek Sın Xonu geridə qoyub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM