satellite   Azerspace-1: 11135 H 30000

Messinin PSJ ilə imzalayacağı yeni müqavilənin detalları bəlli olub

Messinin PSJ ilə imzalayacağı yeni müqavilənin detalları bəlli olub

Argentina millisinin kapitanı Lionel Messinin Fransanın PSJ klubu ilə imzalayacağı yeni müqavilənin detalları bəlli olub.

Naxçıvan televiziyası İnformasiya Agentliyi BBC-yə istinadən xəbər verir ki, 37 yaşlı hücumçu 1+1 illik sözləşməyə qol çəkəcək.

İddiaya görə, təcrübəli forvardın agenti olan atası ilə 4 aylıq danışıqlardan sonra tərəflər arasında razılıq əldə olunub. Yeni anlaşmaya əsasən, ulduz futbolçunun məvacibində artım olacaq.

Qeyd edək ki, Lionel Messi PSJ-yə 2021-ci ilin avqustunda İspaniya "Barselona"sından keçib. Onun Liqa 1 təmsilçisi ilə cari mövsümün sonunadək müqaviləsi var.

Ulduz futbolçu Argentina millisinin heyətində Qətərdəki dünya çempionatının qalibi olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM