satellite   Azerspace-1: 11135 H 30000

İngiltərə Premyer Liqası: “Arsenal” liderliyini davam etdirir

İngiltərə Premyer Liqası: “Arsenal” liderliyini davam etdirir

Dekabrın 26-da futbol üzrə İngiltərə Premyer Liqasının daha bir oyunu keçirilib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, London derbisində turnir cədvəlinin lideri “Arsenal” öz meydanında “Vest-Hem”i qəbul edib.

Oyunun ilk hissəsində qonaqlar Benrahmanın penaltidən vurduğu qolla hesabı açıblar – 0:1. İlk hissə bu hesabla başa çatıb.

İkinci hissədə “Topçular” oyunda dönüş yaratmağı bacarıblar. Saka, Martinelli və Nketianın qolları sayəsində hesabı öz xeyrinə dəyişən Mikel Artetanın yetirmələri dünya çempionatı ilə əlaqədar yaranmış təxminən iki aylıq fasilədən sonra ilk oyunda qələbə qazanıblar. Bu qələbə sayəsində xallarının sayını 40-a çatdıran “Arsenal” liderliyini davam etdirir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM