satellite   Azerspace-1: 11135 H 30000

“Liverpul” Niderland millisinin üzvünün transferini razılaşdırıb

“Liverpul” Niderland millisinin üzvünün transferini razılaşdırıb

Futbol üzrə Niderland milli komandasının üzvü Kodi Qakpo karyerasını İngiltərənin “Liverpul” klubunda davam etdirəcək.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə futbolçunun hazırda məxsus olduğu “PSV Eyndhoven” klubu məlumat yayıb.

Bildirilib ki, 23 yaşlı hücumçu bu yaxınlarda İngiltərəyə yollanacaq.

“Daily Mail” qəzetinin məlumatına görə, İngiltərə təmsilçisi futbolçunun keçidi üçün qarşı tərəfə 50 milyon avro ödəyəcək.

Qeyd edək ki, 2018-ci ildən “PSV”də çıxış edən futbolçu 159 oyunda 55 dəfə fərqlənib. O, Niderland yığmasının heyətində 13 oyunda 6 qol vurub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM