satellite   Azerspace-1: 11135 H 30000

Avstriyalı müdafiəçi Gernot Trauner Azərbaycan millisi ilə oyunu buraxacaq

Avstriyalı müdafiəçi Gernot Trauner Azərbaycan millisi ilə oyunu buraxacaq

Avstriya millisinin futbolçusu Gernot Trauner 2024-cü il Avropa çempionatının seçmə mərhələsində Azərbaycana qarşı keçiriləcək ilk turun oyununu buraxacaq.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, buna səbəb Niderlandın "Feyenoord" klubunda çıxış edən 30 yaşlı müdafiəçinin zədələnməsidir. Məşqdə dizindən zədə alan arxa xətt oyunçusu əməliyyat olunacaq və mövsümün ikinci yarısını buraxacaq.

Trauner "Feyenoord"un qış fasiləsinədək keçirdiyi 20 oyunun hamısında meydana çıxıb.

Qeyd edək ki, Azərbaycan millisi “Avro-2024”ün seçmə mərhələsində ilk oyununu gələn il martın 24-də səfərdə Avstriyaya qarşı keçirəcək. Belçika, İsveç və Estoniya da F qrupunda mübarizə aparacaqlar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM