satellite   Azerspace-1: 11135 H 30000

Messi PSJ-nin 3 oyununu buraxacaq

Messi PSJ-nin 3 oyununu buraxacaq

Fransanın PSJ klubunun futbolçusu Lionel Messi komandanın qarşıdakı 3 oyununu buraxacaq.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Argentina millisinin kapitanı çempionatın 2, ölkə kubokunun isə 1 matçında iştirak edə bilməyəcək.

Yığma ilə Qətərdə dünya çempionluğunu qazanan 35 yaşlı oyunçuya məşqçilər korpusu istirahət üçün vaxt verib. Ulduz futbolçu yanvarın 3-də Fransaya qayıdaraq məşqlərə başlayacaq. Messi Liqa 1-də “Strasburq” (28 dekabr) və “Lans” (1 yanvar), eyni zamanda ölkə kubokunda “Şatoru” (6 yanvar) ilə görüşü buraxacaq.

Qeyd edək ki, PSJ 15 turdan sonra 41 xalla Fransa çempionatına başçılıq edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM