satellite   Azerspace-1: 11135 H 30000

"Real Madrid" 2024-cü ildə kanadalı futbolçunu transfer etmək istəyir

"Real Madrid" 2024-cü ildə kanadalı futbolçunu transfer etmək istəyir

Almaniyanın "Bavariya" klubunun və Kanada millisinin futbolçusu Alfonso Deyvis karyerasını İspaniyada davam etdirə bilər.

Naxçıvan televiziyası İnformasiya Agentliyi AS nəşrinə istinadən xəbər verir ki, "Real Madrid" 2024-cü ilin yayında 22 yaşlı vingeri heyətinə qatmaq niyyətindədir.

Madrid təmsilçisinin rəhbərliyi oyunçunun çıxışını bəyənir və bu transferdə israrlıdır.

Qeyd edək ki, 2018-ci ildən "Bavariya"nın formasını geyinən Alfonso Deyvisin müqaviləsi 2025-ci ildə başa çatmalıdır. O, cari mövsüm ölkə çempionunun heyətində 24 oyuna 4 qol vurub və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM