satellite   Azerspace-1: 11135 H 30000

Doğma klubu Pelenin şərəfinə formasına tac taxacaq

Doğma klubu Pelenin şərəfinə formasına tac taxacaq

Braziliyanın “Santos” futbol klubu əfsanəvi oyunçu, üçqat dünya çempionu Pelenin şərəfinə komandanın formasına tac taxacaq.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xarici KİV-lərə istinadla xəbər verir ki, klub futbolçunun səhhətinin kəskin dərəcədə pisləşməsi ilə bağlı xəbərlər fonunda ona hörmət əlaməti olaraq bu qərara gəlib.

“Santos” 2023-cü ildə iki ulduz və nişanın üstündəki tacla oynayacaq”, - deyə klubun məsləhət şurasının rəhbəri bildirib.

Qeyd edək ki, 82 yaşlı futbol ulduzuna respirator infeksiyası diaqnozu qoyulub. Dekabrın 22-də San-Pauludakı klinikanın mətbuat xidməti Pelenin səhhətinin pisləşməsi ilə bağlı açıqlama yayıb. Daha sonra mətbuatda yaxınlarının Pele ilə vidalaşmağa başladığı, Braziliyada isə dünya futbol əfsanəsinin səhhətinin ciddi şəkildə pisləşməsi ilə əlaqədar dəfn mərasiminə hazırlıqların başlandığı barədə məlumatlar yayılıb.

Qeyd edək ki, əfsanəvi futbolçu 1956-1974-cü illərdə “Santos”da çıxış edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM