satellite   Azerspace-1: 11135 H 30000

Çempionlar Liqasında qrupdan çıxan Belçika çempionu baş məşqçisini istefaya göndərib

Çempionlar Liqasında qrupdan çıxan Belçika çempionu baş məşqçisini istefaya göndərib

Belçikanın "Brügge" komandası baş məşqçisi Karl Höfkenslə yollarını ayırıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi klubun rəsmi saytına istinadən xəbər verir ki, 44 yaşlı mütəxəssis yerli çempionatdakı nəticələrə əsasən istefaya göndərilib.

Qeyd edək ki, "Brügge" 18 turdan sonra 34 xalla 4-cü pillədə qərarlaşıb. Ölkə çempionu UEFA Çempionlar Liqasında B qrupunu 11 xalla ikinci pillədə başa vuraraq 1/8 finala vəsiqə qazanıb. Belçika təmsilçisi növbəti raundda Portuqaliyanın "Benfika" kollektivi ilə üz-üzə gələcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM