satellite   Azerspace-1: 11135 H 30000

Messi və Di Mariya 84 illik uğuru təkrarlayıblar

Messi və Di Mariya 84 illik uğuru təkrarlayıblar

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Yay Olimpiya Oyunlarının və dünya çempionatının qalibi olan futbolçuların adlarını açıqlayıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi qurumun rəsmi saytına istinadən xəbər verir ki, siyahıda ümumilikdə 13 oyunçu yer alıb.

Son olaraq Qətərdəki DÇ-2022-nin qalibi olan Argentina millisinin üzvləri Lionel Messi və Anxel Di Mariya cədvələ düşə biliblər. Onlar 2008-ci ildə Olimpiadanın qalibi olublar. Messi və Di Mariya 84 ildən sonra bunu bacaran ilk futbolçulardır.

Argentinalılara qədər həm Olimpiya Oyunlarını, həm də dünya çempionatını qazanan 11 oyunçunun hər biri bu nailiyyətə İkinci Dünya müharibəsindən əvvəl imza atıb. Onlardan 7-si uruqvaylı, 4-ü isə italiyalıdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM