satellite   Azerspace-1: 11135 H 30000

“Fulhem”in hücumçusu ikinci dəfə Serbiyada ilin ən yaxşı futbolçusu seçilib

“Fulhem”in hücumçusu ikinci dəfə Serbiyada ilin ən yaxşı futbolçusu seçilib

Serbiyada ilin ən yaxşı futbolçusu məlum olub.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, “Fulhem”in hücumçusu Aleksandar Mitroviç 2022-ci ilin ən yaxşı futbolçusu seçilib.

İyirmi səkkiz yaşlı futbolçu karyerasında ikinci dəfə ölkəsində ilin ən yaxşısı adına layiq görülüb.

Futbolçu cari ildə Serbiya millisinin heyətində 8 qol vurub. Milli komandanın heyətində 76 oyuna çıxan A.Mitroviç 51 dəfə rəqib qapısına yol tapmağı bacarıb.

Qeyd edək ki, hücumçu 2018-ci ildə də Serbiyadakı səsvermədə hamını qabaqlamışdı.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM