satellite   Azerspace-1: 11135 H 30000

Ronaldunun Səudiyyə klubuna keçidi rəsmiləşib

Ronaldunun Səudiyyə klubuna keçidi rəsmiləşib

Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu Səudiyyə Ərəbistanının "Əl Nəsr" klubu ilə 2 illik müqavilə imzalayıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə "Əl Nəsr" rəsmi saytı vasitəsilə məlumat yayıb.

"Qızıl top”un beşqat qalibinin sözləşməsi 2025-ci ilədək nəzərdə tutulub. 37 yaşlı hücumçunun sponsorluq gəlirləri ilə birlikdə illik qazancının 200 milyon avro olması gözlənilir.

Qeyd edək ki, Kriştianu Ronaldu Qətərdə keçirilən dünya çempionatından əvvəl "Mançester Yunayted"lə müqaviləsinə xitam verildiyi üçün Səudiyyə Ərəbistanı təmsilçisinə azad agent kimi keçib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM