satellite   Azerspace-1: 11135 H 30000

“Qarabağ”ın futbolçusu transfer danışığı aparmaq üçün İspaniyaya yollanıb

“Qarabağ”ın futbolçusu transfer danışığı aparmaq üçün İspaniyaya yollanıb

“Qarabağ”ın futbolçusu Qaspar Panadero ölkəsi İspaniyaya yollanıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, yarımmüdafiəçinin səfərdə məqsədi özünə yeni komanda tapmaqdır.

Azərbaycan klubu 25 yaşlı oyunçuya onunla maraqlanan komandalarla danışıq aparmaq icazəsi verib. Panadero ilk olaraq Sequnda təmsilçisi “Luqo” ilə mümkün keçidi müzakirə edəcək. Futbolçu aşağı liqanın digər komandalarının təklifini də dəyərləndirməyə hazırdır.

Qeyd edək ki, Qaspar Panaderonun “Qarabağ”la müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM