satellite   Azerspace-1: 11135 H 30000

Messi PSJ komandasının düşərgəsinə qayıdıb

Messi PSJ komandasının düşərgəsinə qayıdıb

Argentina millisinin kapitanı Lionel Messi Fransanın PSJ komandasının düşərgəsinə qayıdıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi klubun rəsmi saytına istinadən xəbər verir ki, 36 yaşlı hücumçu yığma ilə Qətərdə keçirilən dünya çempionatındakı qələbədən sonra Parisə gələrək, kollektivə qoşulub.

Ulduz futbolçuya əlavə istirahət verildiyindən, o, "Strasburq"a 2:1 hesabı ilə qalib gəldikləri, "Lans"a isə 1:3 hesabı ilə uduzduqları çempionat oyunlarını buraxıb.

Qeyd edək ki, Argentina yığması mundialın finalında Fransaya qalib gələrək dünya çempionu olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM