satellite   Azerspace-1: 11135 H 30000

KİV: “Qarabağ”ın futbolçusu Macarıstan klubuna keçəcək

KİV: “Qarabağ”ın futbolçusu Macarıstan klubuna keçəcək

“Qarabağ”ın futbolçusu Kvabena Ovusu Macarıstan klubu “Ferentsvaroş”a keçəcək.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə məlumatı Rusiyanın “Sport-Express” nəşri yayıb.

Bildirilib ki, Azərbaycan təmsilçisi ilə müqavilə müddəti mövsümün sonuna qədər olan qanalı hücumçu yayda azad agent kimi “Ferentsvaroş”la müqavilə imzalayacaq. Macarlar 25 yaşlı forvardla yanaşı, Slovakiyanın “Slovan” klubunda çıxış edən müdafiəçi Menti Abena ilə də eyni şərtlərlə anlaşıb.

Qeyd edək ki, Kvabena Ovusu 2020-ci ildən “Qarabağ”da çıxış edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM