satellite   Azerspace-1: 11135 H 30000

Rusiya və Belarus tennisçiləri Avstraliya Açıq çempionatına buraxılacaqlar

Rusiya və Belarus tennisçiləri Avstraliya Açıq çempionatına buraxılacaqlar

Rusiya və Belarus tennisçiləri bu il keçiriləcək Avstraliya Açıq çempionatına buraxılacaqlar.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Avstraliya Tennis Federasiyası açıqlamasında bildirib.

Vurğulanıb ki, rusiyalı və belaruslu tennisçilər bu dəfə turnirdən kənarlaşdırılmayacaqlar: “Bu ölkələrin oyunçuları 2023-cü ildə Avstraliya Açıq çempionatında fərdi qaydada iştirak edə bilərlər”.

Qeyd edək ki, Avstraliya Açıq - 2023 yanvarın 16-dan 29-dək baş tutacaq. Turnirin hazırkı çempionu 2022-ci ildə finalda rusiyalı Daniil Medvedevi məğlub edən ispaniyalı Rafael Nadaldır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM